18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Avropa İttifaqı: "ABŞ-ın ÜST-ün maliyyələşdirilməsini dayandırmasına heç bir səbəb yoxdur"
Tarix: 15-04-2020 14:43 | Bölmə: Dünya
Avropa İttifaqı: "ABŞ-ın ÜST-ün maliyyələşdirilməsini dayandırmasına heç bir səbəb yoxdur"

“ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) maliyyələşdirilməsini dayandırmaq qərarından dərin təəssüf hissi keçirirəm”.

Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Twitter"də bildirib.

“Koronavirus pandemiyasını nəzarətə almaq və azaltmağa kömək etmək üçün göstərilən səylərə həmişəkindən daha çox ehtiyac olduğu bir zamanda bu hərəkəti əsaslandıran, ona haqq qazandıran heç bir səbəb yoxdur. Yalnız gücləri birləşdirərək biz heç bir sərhəd tanımayan bu böhranı aradan qaldıra bilərik”, - deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ə maliyyə yardımının dayandırılacağını deyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər