17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Bolnisidə koronavirusa yoluxanların sayı iki dəfə artıb
Tarix: 15-04-2020 15:08 | Bölmə: Dünya
Bolnisidə koronavirusa yoluxanların sayı iki dəfə artıb

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda koronavirusa iki yeni yoluxma halı təsdiqlənib.

Bu barədə Kvemo Kartlinin qubernatoru Şota Rexviaşvili bildirib.

O deyib ki, virusa yoluxanlar təcili tibbi yardım həkimi və təcili tibbi yardım maşınının sürücüsünün uşağıdır: “Bolnisidə koronavirusa yoluxanların ümumi sayı 20 nəfər təşkil edir. Virusun Savaneti kəndində yayılması ilə bağlı yüksək risk var. Buna görə də kənd tam təcrid olunacaq”.

Qeyd edək ki, ötən günə qədər Bolnisidə COVID-19 infeksiyası 10 nəfərdə aşkar olunmuşdu/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}