Hökumət koronavirusla mübarizədə aciz qalıb, mafiya xalqa yardım paylayır - Video
Tarix: 16-04-2020 13:05 | Bölmə: Dünya
Hökumət koronavirusla mübarizədə aciz qalıb, mafiya xalqa yardım paylayır

Meksika mafiyası ölkə hökumətinin öhdəsindən gələ bilmədiyi koronavirusla mübarizə tədbirlərinə başlayıb.

Reyting.az
xarici mediaya istinadla xəbər verir ki, İtaliyada olduğu kimi Meksikada da mafiya aztəminatlı ailələrə və kimsəsizlərə yardım kampaniyasına start verib.

Məlumata görə, Meksikanın ən güclü mafiya şəbəkəsi hesab olunan Jalisko Yeni Nəsil, San Luis Potosi əyalətində 8 qəsəbəyə yardım paylayıb.

Mafiyanın yardımı qanunsuz gəlirlərlə maliyyələşdirilən qida məhsulları və dezinfeksiya məhlullarından ibarətdir.

Qeyd edilir ki, 126 milyon əhalisi olan Meksikada xalqın böyük hissəsi hökumətin yardımlarından kənarda qaldığından ağır həyat tərzi keçirir.

Meksikada ən çox insan öldürən Jalisko Yeni Nəsl mafiyasının üzvləri böyük yük maşınlarına yardımları doldurması və xüsusi qablara yığaraq əhaliyə paylamasının görüntülərini çəkiblər. Yardım qutularının üzərində isə “Dostlarınızdan COVID-19-la mübarizəyə dəstək” yazılması diqqəti çəkib.

Xatırladaq ki, Meksikada 406 nəfər koronavirus səbəbindən vəfat edib, 5 mindən çox yoluxma var.





Bölməyə aid digər xəbərlər
25-04-2024, 07:49 Kuba prezidenti etiraz edir
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}