18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Polşa prezidenti: "Seçki keçirilməsə xaos olacaq"
Tarix: 20-04-2020 11:38 | Bölmə: Dünya
Polşa prezidenti: "Seçki keçirilməsə xaos olacaq"

Koronavirus pandemiyasına baxmayaraq, Polşada prezident seçkisini mayın 10-da keçirmək vacibdir.

Bunu Polşa prezidenti Anjey Duda bildirib.

“Seçkilərin polşalılara təhlükə yaradacağını deyənlər, başa düşməlidir ki, seçkilərin keçirilməməsi dövlətin iflici ilə nəticələnəcək. Yeni qaydalar və normalar lazım olacaq. Koronavirus pandemiyası ilə əlaqədar yaranan iqtisadi böhran aradan qaldırlmalıdır. Bunun üçün isə yeni seçkilər keçirilməlidir”, - detə o, vurğulayıb.

Dövlət başçısının sözlərinə görə, Polşa prezident seçməzsə ölkədə xaos olacaq.

Qeyd edək ki, aprelin 6-da Polşa parlamenti poçt üzrə məsafədən səsvermə haqqında qanun layihəsini qəbul edib. Cari il mayın 10-da Polşada prezident seçkisinin birinci turu keçirilməlidir/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər