18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Putin: “Rusiyada koronavirusa yoluxmanın pik həddi qarşıdadır"
Tarix: 20-04-2020 16:38 | Bölmə: Dünya
 Putin: “Rusiyada koronavirusa yoluxmanın pik həddi qarşıdadır"

“Rusiyada koronavirusa yoluxmanın pik həddi hələ qarşıdadır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusla bağlı mübarizənin birinci mərhələsinin tapşırıqlarının yerinə yetirilməsinə nail olunub, lakin xəstəliyə yoluxmanın pik həddi hələ qarşıdadır: “Biz bu virusun yayılmasını səngitmişik. Lakin bu, bizi sakitləşdirməməlidir. Mütəxəssislərin dediyi kimi pik həddə yoluxma hələ qarşıdadır”.

Rusiya Prezidenti koronavirusa qarşı peyvəndin hazırlanmasından da danışıb. O, bu peyvəndi hazırlayanların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər