13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Ərdoğan: “Ramazan bayramından sonra normal həyata dönəcəyik”
Tarix: 21-04-2020 18:02 | Bölmə: Dünya
Ərdoğan: “Ramazan bayramından sonra normal həyata dönəcəyik”

“Ramazan bayramından sonra Türkiyədə normal həyata dönməyi planlaşdırırıq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) onlayn toplantısından sonra verdiyi açıqlamada deyib.

Ərdoğan Türkiyənin yeni növ koronavirusla (COVID-19) mübarizədə önəmli bir mərhələyə çatdığını, pandemiya ilə bağlı vəziyyətin ölkədə stabilləşdiyini bildirib.

Prezident deyib ki, sağlamlığa ciddi zərbə vuran koronavirus pandemiyası İkinci Dünya Müharibəsindən sonra iqtisadi baxımdan ən böyük böhran yaradıb: “Türkiyə olaraq biz də bütün dünyada olduğu kimi, bu pandemiya ilə davamlı mübarizədə aparırıq”.




Bölməyə aid digər xəbərlər