13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Almaniyanın bütün əyalətlərində tibbi maska taxmaq məcburi hala gəlib
Tarix: 22-04-2020 18:35 | Bölmə: Dünya
Almaniyanın bütün əyalətlərində tibbi maska taxmaq məcburi hala gəlib

Almaniyanın bütün əyalətlərində tibbi maska taxmaq məcburi hala gəlib.

Bu barədə məlumatı “Deutsche Welle” verib.

Bildirilib ki, aprelin 27-dən başlayaraq hər kəs alış-verişdə və ictimai nəqliyyat vasitələrində maska taxmalıdır.

Eyni zamanda maska ilə yanaşı, şərf, yaylıq kimi vasitələrdən də istifadə etmək olar.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma hallarının sayı 148 000-i ötüb. Pandemiya qurbanlarının sayı isə 5 117-dir/Report.




Bölməyə aid digər xəbərlər