Şimali Koreya liderinin vəziyyəti ağırlaşıb
Tarix: 25-04-2020 21:09 | Bölmə: Dünya
Şimali Koreya liderinin vəziyyəti ağırlaşıb

Şimali Koreyanın lideri Kim Çen Inın sağlamlıq vəziyyəti əvvəllər düşünüldüyündən daha ciddidir.

Reyting.az
bildirir ki, bu haqda Yaponiya KİV-i məlumat yayıb.

Yaponiyanın “Shukan Gendai” jurnalının xəbərinə görə, Şimali Koreya liderinin sağlamlıq durumu aprel ayında daha pisləşib. O, bundan sonra stentləmə prosedurundan keçib və vegetativ vəziyyətdə olub.

Yaponiya KİV-i bu məlumatı Şimali Koreya liderini müalicə edən tibbi komandadakı mənbəyə istinadla yayıb.

Xatırladaq ki, CNN telekanalı bundan əvvəl Kim Çen Inın sağlamlıq vəziyyətinin ciddi pisləşməsi haqda xəbər yayıb. Bununla belə, Cənubi Koreyada bu məlumatı təkzib edərək onun öz səlahiyyətlərini icra etdiyi vurğulanıb.

“Reuters” isə xəbər yayıb ki, Çin Şimali Koreyaya tibb işçilərini göndərib. Lakin bu gedişin məqsədi açıqlanmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}