İsrailin səhiyyə naziri istefa verdi
Tarix: 25-04-2020 23:22 | Bölmə: Dünya
İsrailin səhiyyə naziri istefa verdi

İsrailin səhiyyə naziri Yaakov Litzman vəzifəsindən istefa verib.

Bu barədə İsrailin “13”-cü kanalı məlumat yayıb.

Qeyd olunub ki, nazir istefası haqqında ərizəni Baş nazir Benyamin Netanyahuya təqdim edib.

Telekanalın jurnalistləri qeyd edirlər ki, Yaakov Litzmanın koronavirus epidemiyasının qarşısını almaqla bağlı yürütdüyü siyasət ciddi tənqidlərlə üzləşib.

Xatırladaq ki, İsrailin səhiyyə naziri Yaakov Litzmanın özü də koronavirus infeksiyasına yoluxmuşdu/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}