Ukrayna ordusunda 38 hərbçi koronavirusa yoluxub, ölənlər var
Tarix: 26-04-2020 18:47 | Bölmə: Dünya
Ukrayna ordusunda 38 hərbçi koronavirusa yoluxub, ölənlər var

Son sutka ərzində Ukraynanın Silahlı Qüvvələrində daha bir koronavirusa yoluxma qeydə alınıb.

Reyting.az
Ukrayna mediasına istinadla bildirir ki, bu haqda Silahlı Qüvvələrin Tibbi komandanlığının mətbuat xidməti məlumat yayıb.

Beləliklə, koronavirus pandemiyası başlayandan Ukrayna ordusunda 38 yoluxma baş verib. Onların 18-i sağalıb, ikisi ölüb.

Ukrayna Silahlı Qüvvələrində COVID-19-a ilk yoluxma aprelin 2-də qeydə alınıb. Xmelnitski hərbi hospitalının həkimində koronavirus aşkarlanıb.

Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, aprelin 26-da saat 9:00-a ölkədə 8617 COVID-19-a yoluxma baş verib. Onların 209-u ölüb, 840 pasient sağalıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}