13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Boris Conson: "Vəziyyət yaxşıya doğru dəyişir"
Tarix: 27-04-2020 13:56 | Bölmə: Dünya
Boris Conson: "Vəziyyət yaxşıya doğru dəyişir"

Böyük Britaniyanın Baş naziri Boris Conson ölkədə COVID-19 virusu ilə bağlı vəziyyətin yaxşıya doğru dəyişməyə başladığını bildirib.

“SkyNews” xəbər verir ki, xəstəliklə bağlı karantin rejiminin dəyişdirilmədiyini deyən hökumət başçısı yoluxmaların ikinci dalğası təhlükəsinin hələ aradan qalxmadığını diqqətə çatdırıb.

Bu, Boris Consonun koronavirusa yoluxub yerləşdirildiyi xəstəxanadan aprelin 12-də buraxıldıqdan sonra ilk çıxışıdır.

KİV-də baş nazir tərəfindən karantinin yumşaldılması istiqamətində addımlar atılacağı barədə xəbərlər yayılmışdı/Report.




Bölməyə aid digər xəbərlər