İsveçrədə koronavirusa yoluxanların sayı 30 000-ə çatır
Tarix: 28-04-2020 16:12 | Bölmə: Dünya
İsveçrədə koronavirusa yoluxanların sayı 30 000-ə çatır

İsveçrədə ötən sutka ərzində 100 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

Bunu ölkənin Federal İctimai Səhiyyə Administrasiyası açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində ölkədə COVID-19-dan 27 ölüm qeydə alınıb.

Beləliklə, Mərkəzi Avropa ölkəsində indiyədək 29 264 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 380 nəfəri ölüb.

Qeyd edək ki, İsveçrə məhdudlaşdırıcı tədbirləri ləğv etməyə başlayıb. Bu, üç mərhələli şəkildə olacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}