Rusiyada indiyədək 70-dən çox tibb işçisi koronavirusdan vəfat edib
Tarix: 29-04-2020 16:16 | Bölmə: Dünya
Rusiyada indiyədək 70-dən çox tibb işçisi koronavirusdan vəfat edib

Rusiyada indiyədək koronavirusdan (COVID-19) vəfat etmiş tibb işçilərinin sayı açıqlanıb.

Rusiya Səhiyyə Nazirliyindən bildirilib ki, indiyədək 70-dən çox tibb işçisi COVID-19-un qurbanı olub.

Nazirliyin baş epidemioloqu Nikolay Briko bu gün keçirilən mətbuat konfransında tibb işçiləri arasında yoluxma hallarının artdığını deyib.

O, bir çox regionlarda koronavirusun əsas ocaqlarından birinin məhz tibb müəssisələri olduğunu qeyd edib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər