ABŞ-da koronavirusa yoluxanların sayı 1,1 milyonu ötüb
Tarix: 02-05-2020 18:51 | Bölmə: Dünya
ABŞ-da koronavirusa yoluxanların sayı 1,1 milyonu ötüb

ABŞ-da son sutka ərzində 34 037 yeni koronavirusa yoluxma halı qeydə alınıb və bununla da ümumi halların sayı 1 104 161 olub.

“Gazeta.ru” xəbər verir ki, bunu Cons Hopkins Universitetinin məlumatları sübut edir.

Ən çox ölüm hadisəsi Nyu-York ştatında qeydə alınıb - 18 399.

Ümumilikdə ölkədə COVID-19-dan 65 068 nəfər ölüb. 164 015 xəstə sağalıb.

ABŞ-da koronavirusla bağlı topla 6 551 810 test aparılıb.

Qeyd edək ki, hazırda ABŞ koronavirusa yoluxanların və virusdan ölənlərin sayına görə dünyada birinci yerdədir/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}