Avropa İttifaqının rəsmisi: "Heç kəs heç bir ölkədə özünü təhlükəsiz hiss etməyəcək”
Tarix: 04-05-2020 16:31 | Bölmə: Dünya
Avropa İttifaqının rəsmisi: "Heç kəs heç bir ölkədə özünü təhlükəsiz hiss etməyəcək”

“COVID-19 pandemiyası dünyanın müxtəlif yerlərində tüğyan etdiyi zamanda heç kəs heç bir ölkədə özünü təhlükəsiz hiss etməyəcək”.

Bunu Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrell Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı yayımlanan videomüraciətində deyib.

O bildirib ki, pandemiyanın məğlub edilməsi qlobal yanaşmanı və əlaqələndirilmiş cavab tədbirlərini tələb edir.

“Lakin əgər biz davamlı qlobal bərpanı görmək istəyiriksə, onda yeni və innovativ, çoxtərəfli tərəfdaşlıq vacib olacaq. BMT səviyyəsində cavab tədbirlərinin əlaqələndirilməsi və qlobal miqyasda atəşkəs çağırışlarına gəldikdə, Avropa İttifaqı BMT baş katibinin göstərdiyi səylərə dəstək verərək onun arxasında tam şəkildə dayanır. Bu, münaqişələrin qarşısının alınması, sülh quruculuğu və onun möhkəmləndirilməsi baxımından, sülh və təhlükəsizlik gündəliyinin yenidən canlandırılması üçün bir fürsətdir. Zəif əhali üçün humanitar yardıma çıxışa maneə olmalı deyil. ÜST virusun yayılmasının qarşısının alınmasında çox mühüm rol oynayır”, - deyə Borrell vurğulayıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər