Ərdoğan: "65 yaşdan yuxarı vətəndaşlara mayın 13-də evdən çıxmağa icazə veriləcək"
Tarix: 04-05-2020 21:52 | Bölmə: Dünya
Ərdoğan: "65 yaşdan yuxarı vətəndaşlara mayın 13-də evdən çıxmağa icazə veriləcək"

Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısının alınması məqsədilə 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara tətbiq etdiyi yasağı yumşaldır.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan keçirdiyi brifinqdə məlumat verib.

Prezidentin sözlərinə görə, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək: "Bu yumşaldılma saat 11:00-dan 15:00-dək qüvvədə olacaq. Eyni zamanda həftəsonu yenidən komendant saatı tətbiq ediləcək".

Xatırladaq ki, bu gün Türkiyədə 64 nəfər koronavirusdaın vəfat edib, daha 1614 nəfər isə yeni yoluxub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər