13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Fransada koronavirus qurbanlarının sayı 25 mini ötüb
Tarix: 04-05-2020 22:41 | Bölmə: Dünya
Fransada koronavirus qurbanlarının sayı 25 mini ötüb

Son bir gün ərzində Fransada daha 306 nəfər koronavirusdan ölüb.

"RİA Novosti” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

"Martın 1-dən biz COVID-19-la bağlı 25 201 ölümə ağlayırıq", - rəsmi məlumatda deyilir.

Qeyd edilir ki, 15 826 insan xəstəxanalarda, 9 375 nəfər qocalar evlərində ölüb.

Hazırda xəstəxanalarda 25,5 min nəfər müalicə edilir, son 24 saat ərzində daha 689 pasiyent xəstəxanalara yerləşdirilib. Xəstəxanaların reanimasiya şöbələrində koronavirusa yoluxmuş 3 696 nəfər müalicə edilir/Report.




Bölməyə aid digər xəbərlər