Mövlud Çavuşoğlu: "473 Türkiyə vətəndaşı xarici ölkələrdə koronavirusdan ölüb"
Tarix: 05-05-2020 14:49 | Bölmə: Dünya
 Mövlud Çavuşoğlu: "473 Türkiyə vətəndaşı xarici ölkələrdə koronavirusdan ölüb"

"Təəssüflər olsun ki, bu günə qədər Türkiyənin xaricdə yaşayan 473 vətəndaşı koronavirusdan ölüb".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, onlardan 350-dən çoxunun cənazəsi Türkiyəyə gətirilib.

Qeyd edək ki, Türkiyədə mayın 4-də 64 nəfər koronavirusun qurbanı olub. Bununla da ölkədə pandemiya qurbanlarının sayı 3 461 nəfərə çatıb. Türkiyə üzrə 127 659 yoluxma hadisəsi qeydə alınıb. Koronavirusa yoluxmuş 68 166 nəfər sağalaraq evə buraxılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər