13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Belarusda daha 861 nəfər ölümcül virusa yoluxub
Tarix: 05-05-2020 18:08 | Bölmə: Dünya
Belarusda daha  861 nəfər ölümcül virusa yoluxub

Belarusda koronavirusa son sutkada 861 yeni yoluxma hadisəsi qeydə alınıb.

“RİA Novosti” xəbər verir ki, məlumatı Respublikanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada koronavirusdan daha 4 nəfər ölüb. Ölkə üzrə yoluxanların ümumi sayı 18 350-yə, ölənlərin sayı isə 107-yə çatıb.

Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qələbənin 75 illik yubileyi münasibətilə mayın 9-da ölkədə keçiriləcək hərbi paradı təxirə salmayacaqlarını bildirib. Rusiyada isə bununla bağlı tədbir keçirilməyəcək/Report.




Bölməyə aid digər xəbərlər