Fransada 25 331 nəfər koronavirusdan vəfat edib
Tarix: 05-05-2020 23:11 | Bölmə: Dünya
Fransada 25 331 nəfər koronavirusdan vəfat edib

Fransada son 24 saat ərzində 330 nəfər COVID-19-un qurbanı olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, koronavirusa yoluxan 94 191 nəfər xəstəxanaya yerləşdirilib. Müalicə alan 52 736 pasiyent xəstəxanalardan evə buraxılıb.

Martın əvvəlindən 25 331 nəfər koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib.

Son gün ərzində 387 nəfərin müalicəsi müsbət nəticələnib. Ümumilikdə isə 24 557 nəfər tibb müəssisələrində müalicələrini davam etdirirlər. Onlardan 3 430-nun vəziyyəti ağırdır/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər