5 mindən çox həbsxana əməkdaşı koronavirusa yoluxub - ABŞ-da
Tarix: 06-05-2020 12:42 | Bölmə: Dünya
5 mindən çox həbsxana əməkdaşı koronavirusa yoluxub - ABŞ-da

ABŞ-da həbsxanaların 5 000-dən çox əməkdaşına koronavirus diaqnozu qoyulub.

ABC telekanalı xəbər verir ki, pandemiya başlayandan ölkə üzrə 5 002 həbsxana əməkdaşının infeksiyaya yoluxması qeydə alınıb.

Məlumata görə, 359 hadisə federal həbsxanalardakı əməkdaşlar arasında, qalanı isə yerli hakimiyyətə bağlı və ya başqa ştatların penitensiar müəssisələrində baş verib.

Qeyd edək ki, ABŞ-da koronavirusa yoluxanların sayının 1,2 milyondan çox olduğu bildirilib.

Xatırladaq ki, Federal Həbsxanalar Bürosu ABŞ-ın federal hüquq-mühafizə orqanıdır. ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən idarə olunur və federal həbsxana sisteminə cavabdehdir. Həbsxanalar Bürosu Kolumbiya ştatında cinayət törətmiş məhbuslarla da məşğul olur. Büro federal məhbuslara daha mütərəqqi, humanitar yardım göstərmək, həbsxana xidmətinin peşəkarlıq səviyyəsini yüksəltmək və həmin dövrdə fəaliyyət göstərən 11 federal həbsxananın ardıcıl və mərkəzləşdirilmiş rəhbərliyini təmin etmək üçün 1930-cu ildə təsis edilib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər