Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub
Tarix: 06-05-2020 13:07 | Bölmə: Dünya
Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub

Ukraynada son sutkada 487 nəfər koronavirusa tutulub.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da Ukraynada koronavirusa yoluxanların sayı 13 min 184 nəfərə çatıb.

Bunlardan 905-i uşaq, 2251-i isə tibb işçisidir.

Ölkədə son sutka ərzində koronavirusdan 11 nəfər ölüb.

Ümumilikdə, koronavirusdan ölənlərin sayı 327 nəfərdir. Ölənlərin 85 faizində ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xəstəliklər olub. Yoluxanlardan 2097 nəfər tam müalicə olunaraq evlərinə buraxılıb.

Ukraynada COVID-19-a yoluxanların 60 faizi 30-59, 20,7 faizi isə 60-100 yaşlı insanlardır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}