İspaniyada daha 244 nəfər koronavirusdan ölüb
Tarix: 06-05-2020 13:17 | Bölmə: Dünya
İspaniyada daha 244 nəfər koronavirusdan ölüb

İspaniyada ötən sutka ərzində daha 244 nəfər koronavirusdan ölüb.

Reyting.az
xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bununla da krallıqda pandemiya qurbanlarının sayı 25 857-yə çatıb.

Ölkədə koronavirusa yoluxanların sayı isə 219 329-dan 220 325 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}