Kəşfiyyat qaçaqlıq edən şəxsi 8 ildən sonra öldürüb - Foto
Tarix: 06-05-2020 17:27 | Bölmə: Dünya
Kəşfiyyat qaçaqlıq edən şəxsi 8 ildən sonra öldürüb

Hindistan kəşfiyyatı Kəşmirdə keçirdiyi əməliyyat sayəsində Hezol Mücahidləri Təşkilatının liderlərindən olan Riyaz Naikonu məhv edib.

Reyting.az
xəbər verir ki, Naiko və iki köməkçisinin öldürüldüyü əməliyyat gecə saatlarında Pulvama bölgəsinin Beiqhbora kəndində keçirilib.

8 ildir qaçaq həyatı yaşayan Riyaz Naikonun hüquq-mühafizə orqanlarının birgə əməliyyatı zamanı öldürüldüyü açıqlanıb.

Qeyd edilir ki, Naiko 2016-cı ildə öldürülən Hizbul Mücahidləri Təşkilatının liderlərindən olan Burhan Vaninin yerinə keçmişdi.

Hind rəsmiləri Naikonu regiondakı təhlükəsizlik qüvvələrinə hücum planlaşdırmaqda ittiham edirdi.

Kəşmirli dirənişçi 21 yaşındakı Burhan Van 2016-cı ilin avqustunda hind qüvvələri ilə döyüşlərdə öldürülüb və bundan sonra bölgədə 5 ay sürən etiraz aksiyaları başlanıb. 100 mülki şəxsin Hindistan təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyü aksiyalarda 10 min nəfər yaralanıb, minlərlə insan həbs edilib. Yaralananlardan 4 min nəfəri gözünü itirib.

Kəşfiyyat qaçaqlıq edən şəxsi 8 ildən sonra öldürüb




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər