Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb
Tarix: 07-05-2020 20:16 | Bölmə: Dünya
Moskvada özünütəcrid rejimi mayın 31-dək uzadılıb

Rusiyanın paytaxtı Moskva şəhərində yeni növ koronavirusla (COVID-19) bağlı tətbiq olunan özünütəcrid rejimi mayın 31-dək uzadılıb.

Bu barədə paytaxt meri Sergey Sobyanin sərəncam imzalayıb.

Sərəncama əsasən, vətəndaşların izolyasiya rejimi uzadılıb, ticarət, xidmət sahələri, mədəniyyət, təhsil, idman və digər qeyri-istehsal sahələrində məhdudlaşmaların vaxtı uzadılıb.

Qeyd edək ki, mayın 12-dən etibarən Moskvada ictimai nəqliyyatda tibbi maska və əlcəkdən istifadə məcburi elan olunub/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər