Portuqaliyada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub
Tarix: 08-05-2020 17:59 | Bölmə: Dünya
Portuqaliyada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub

Portuqaliyada son sutkada daha 553 nəfərə COVID-19 diaqnozu qoyulub.

Məlumatı Portuqaliya Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada pandemiyadan 9 pasiyent ölüb. Bununla da ölənlərin ümumi sayı 1 114-ə, yoluxanların sayı isə 27 268-ə çatıb. Son sutkada sağalan pasiyentlərin sayı 164 nəfər olub. Virusdan sağalanların ümumi sayı 2 422-yə çatıb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət rejimi mayın 4-də ləğv olunub, əvəzində yumşaldılan karantin rejimi tətbiq edilib.

Portuqaliya İspaniya ilə quru sərhədini mayın 15-dək bağlı saxlayacaq.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər