Gürcüstanda koronavirusa yoluxanların sayı 635-ə çatıb
Tarix: 10-05-2020 12:28 | Bölmə: Dünya
Gürcüstanda koronavirusa yoluxanların sayı 635-ə çatıb

Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 635 nəfərə çatıb.

İndiyədək qonşu ölkədə virusa yoluxanların 309-u müalicə olunaraq sağalıb, 10-u dünyasını dəyişib.

Hazırda ölkə üzrə karantində 4 717, stasionar nəzarətdə isə 452 nəfər saxlanılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}