İspaniyada daha 143 nəfər COVİD-19-dan ölüb
Tarix: 10-05-2020 14:51 | Bölmə: Dünya
İspaniyada daha 143 nəfər COVİD-19-dan ölüb

İspaniyada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 143 nəfər ölüb.

Bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, martın 18-dən sonra qeydə alınan ən aşağı ölüm göstəricisidir. Beləliklə, İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb.

Son 24 saat ərzində daha 621 nəfər koronavirusa yoluxub, 2 min 214 nəfər sağalıb. İndiyə qədər ölkədə 224 min 390 nəfər koronavirusa yoluxub, 136 min 166 nəfər sağalıb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}