Moskvada daha 56 nəfər koronavirusun qurbanı olub
Tarix: 11-05-2020 00:17 | Bölmə: Dünya
Moskvada daha 56 nəfər koronavirusun qurbanı olub

Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 56 nəfər dünyasını dəyişib.

Bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1124-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 209 688 nəfərdə koronavirus aşkar olunub, son sutkada daha 11 012 nəfər bu virusa yoluxub. Ölənlərin sayı isə 1915 nəfərdir, indiyədək 34 306 nəfər də sağalıb/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər