Gürcüstanda koronavirusa yoluxanların sayı artıb
Tarix: 11-05-2020 10:29 | Bölmə: Dünya
Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda daha 3 nəfərdə koronavirus aşkarlanıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə bu virus infeksiyasına yoluxanların sayı 638-ə çatıb. Onların 317-si artıq sağalıb, 10-u ölüb.

Hazırda ölkə üzrə karantində 4 896, stasionar nəzarətdə isə 444 nəfər saxlanılır/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}