İranda döyüş gəmisi təlim zamanı başqa gəmini raketlə vurub
Tarix: 11-05-2020 10:54 | Bölmə: Dünya
İranda döyüş gəmisi təlim zamanı başqa gəmini raketlə vurub

İranın Hərbi Dəniz Qüvvələri (HDQ) “Kənarək” gəmisinin təlim zamanı “Jamaran” eskadron-məhvedici döyüş gəmisi tərəfindən atılmış kruiz tipli raketlə səhvən vurulduğunu təsdiqləyib.

HDQ-nin yaydığı açıqlamada bildirilib ki, ötən gün məşqi zamanı baş vermiş insident nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

İranşəhr şəhər Tibb Universitetin rektoru bildirib ki, xəsarət alanlardan 16 nəfər İmam Əli adına xəstəxanaya çatadırılıb. Onlardan biri ölüb, 3 nəfər reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda xəstəxanada 12 nəfər var/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}