ABŞ-ın vitse-prezidenti özünü izolyasiya edib
Tarix: 11-05-2020 14:33 | Bölmə: Dünya
ABŞ-ın vitse-prezidenti özünü izolyasiya edib

ABŞ-ın vitse-prezidenti Mayk Pens Ağ evdə prezident Trampın hərbçilərlə keçirdiyi şənbə müşavirəsinə qatılmayıb.

Rəsmi mənbələr bunu belə izah ediblər ki, Pens özünü könüllü izolyasiyaya alıb və müvəqqəti olaraq iş yerindən ayrılıb.

Xatırladaq ki, bir neçə gün öncə Mayk Pensin mətbuat xidmətinin rəhbəri Keti Millerdə koronavirus aşkar edilmişdi. (Moderator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər