Leninqrad vilayətinin qubernatoru koronavirusa yoluxub
Tarix: 11-05-2020 17:51 | Bölmə: Dünya
Leninqrad vilayətinin qubernatoru koronavirusa yoluxub

Rusiya Federasiyası Leninqrad vilayətinin qubernatoru Aleksandr Dorozdenko koronavirus infeksiyasına yoluxub.

Bu barədə qubernatorun özü bildirib. "Temperaturumu ölçdülər, yüksək idi. Dərhal qan və koronavirus testi istədim. Testlər apardılar. Səhər özümü bir qədər də pis hiss etdim. Sonra həkimdən mesaj gəldi ki, koronavirus testinizin nəticəsi pozitivdir”, - deyə Aleksandr Dorozdenko əlavə edib.

Qubernatorun sözlərinə görə, onu xəstəxanaya yerləşdirmək istəsələr də imtina edib: “Yanıma gələrək imtina barədə ərizə aldılar”

Aleksandr Dorozdenko deyib ki, 15 gün ərzində özünü tamamilə təcrid edib. “Dəhşətli dərəcədə zəiflik var idi, gündə iki-üç köynək dəyişirdim. 11-ci gündə növbəti testin nəticəsi mənfi çıxdı. Təkrar analiz də bu nəticəni təsdiqlədi. Amma hələ də halsızlıq var”, - deyə qubernator bildirib/Yenisabah.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}