İtaliyada restoranlar, bərbərxana və gözəllik salonları mayın 18-dən açılacaq
Tarix: 12-05-2020 13:02 | Bölmə: Dünya
İtaliyada restoranlar, bərbərxana və gözəllik salonları mayın 18-dən açılacaq

İtaliyada restoranlar, gecə klubları, bərbərxana və gözəllik salonları mayın 18-dən etibarən açılacaq.

Mərkəzi hökumət iyunun 1-dən açılması gözlənilən müəssisələrlə bağlı regional hakimiyyətlərə qərar vermək üçün səlahiyyət verib.

Ticarət mərkəzləri, muzey və kitabxanalar da mayın 18-dən etibarən fəaliyyətini bərpa edəcək.

Qeyd olunub ki, müəssisələr açılmazdan əvvəl təhlükəsizlik tədbirləri görülməli, restoranlarda masalar arasında məsafə dörd metr olmalıdır.

Xatırladaq ki, İtaliyada indiyədək 219 814 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub, 30 739 nəfər vəfat edib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}