Fransada daha 348 nəfər bu virusun qurbanına çevrilib
Tarix: 12-05-2020 22:34 | Bölmə: Dünya
Fransada daha 348 nəfər bu virusun qurbanına çevrilib

Fransada koronavirusdan ölənlərin sayı sayı 27 minə yaxınlaşır.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində daha 348 nəfər bu virusun qurbanına çevrilib.

Məlumata görə, 17 003 nəfər xəstəxanalarda, 9988 nəfər isə qocalar evlərində ölüb. 21 595 nəfər hazırda xəstəxanalardadır. Son sutka ərzində daha 670 nəfər xəstəxanaya yerləşdirilib.

Reanimasiyalarda olan xəstələrin sayı da azalır. Hazırda burada 2542 nəfər var/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər