İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötüb
Tarix: 13-05-2020 21:46 | Bölmə: Dünya
İtaliyada pandemiya qurbanlarının sayı 31 mini ötüb

İtaliyada son bir gün ərzində daha 195 nəfər koronavirusdan ölüb.

Bu barədə ölkənin Mülki Müdafiə Xidməti məlumat yayıb.

Bununla da ölkədə pandemiya qurbanlarının sayı 31 106-ya çatıb.

Məlumata görə, İtaliyada daha 888 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 222 104-ə yüksəlib.

Bundan başqa, ölkədə indiyədək 112 541 nəfər koronavirusdan sağalaraq xəstəxanalardan evə buraxılıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər