Əfsanəvi basketbolçu Şimali Koreya lideri ilə kef məclisindən danışdı - Fotolar
Tarix: 13-05-2020 23:38 | Bölmə: Dünya
Əfsanəvi basketbolçu Şimali Koreya lideri ilə kef məclisindən danışdı

“Çikaqo Bulls”un keçmiş basketbolçusu Dennis Rodman və əfsanəvi boksçu Mayk Tayson maraqlı açıqlamalar veriblər.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, Tayson aktiv idman karyerasının ən unudulmaq anlarında rəqibinin qulağını dişləməsi, Rodman isə Şimali Koreya ilə bağlı etiraflar ediblər.

Tayson Mixail Yordanın basketbolun zirvəsindəki adam olduğunu söyləyib.

Əfsanəvi basketbolçu Şimali Koreya lideri ilə kef məclisindən danışdı

Dennis Rodman isə Şimali Koreyaya ilk ziyarətindən danışıb. O, ölkənin lideri olan Kim Çen Inla keçirdikləri axşamda başına gələnlərdən də söz açıb: “Hər halda imza verərəm, basketbol oynamağı düşünürdüm. Kim Çen In seksual qızların olduğu araq içəçəyimiz bir axşam yeməyinə gedəcəyimizi söylədi. Sonra başımız dumanlandı, o, mahnılar oxumağa başladı, danışırdı, amma nə söylədiyindən bir şey başa düşmürdüm”.

Əfsanəvi basketbolçu Şimali Koreya lideri ilə kef məclisindən danışdı

Bir basketbol oyununun ardından Kim Çen Inın onu salamladığını, ancaq o ana qədər onun ölkənin lideri olduğunu bilmədiyini söyləyən Rodman bunları deyib:

“Şimali Koreya haqqında heç bir şey bilmirdim. Mənə “ölkəmi bəyəndinmi” sualını verdi. Mən də “bəli, gözəl”,- dedim. Sonrasında “Mixail Yordanı dəvət etdik, amma gələ bilmədi, ona görə səni çağırdıq”, - dedi”.

Şimali Koreya ordusunu və raketlərini gördüyünü söyləyən Rodman deyib ki, ancaq Kim Çen In ilə siyasət barədə danışmayıblar: “Çünki mən oraya idmançı kimi getmişdim”.

Əfsanəvi basketbolçu Şimali Koreya lideri ilə kef məclisindən danışdı




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər