Ermənistanda daha 142 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb
Tarix: 14-05-2020 11:02 | Bölmə: Dünya
Ermənistanda daha 142 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb

Ermənistanda daha 142 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 3 860-a yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 49-a çatıb. Yeni ölən şəxs 65 yaşlı kişidir. Onun heç bir xroniki xəstəliyi olmayıb.

Bildirilib ki, ölkədə indiyədək 1 572 nəfər bu infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 218 aktiv koronavirus xəstəsi var/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}