Britaniyada koronavirusa yoluxanların sayı 233 mini ötüb
Tarix: 14-05-2020 17:36 | Bölmə: Dünya
Britaniyada koronavirusa yoluxanların sayı 233 mini ötüb

Böyük Britaniyada koronavirus qurbanlarının sayı bir gün ərzində daha 428 nəfər artıb.

Bu barədə Britaniyanın Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.

Bununla da krallıqda COVID-19-dan dünyasını dəyişənlərin ümumi sayı 33 614 nəfərə çatıb.

Məlumata görə, son sutkada ölkədə virusa yoluxanların sayı 3 446 nəfər artaraq 233 151 nəfərə yüksəlib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}