XİN başçısı: “Gürcüstan qonşu ölkələr üçün prioritet turizm istiqaməti kimi müəyyənləşdirilib”
Tarix: 14-05-2020 17:42 | Bölmə: Dünya
XİN başçısı: “Gürcüstan qonşu ölkələr üçün prioritet turizm istiqaməti kimi müəyyənləşdirilib”

“Artıq bir neçə ölkə Gürcüstanı prioritet turizm istiqaməti kimi müəyyənləşdirib”.

Bunu Gürcüstanın xarici işlər naziri Davit Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu ölkələrə İsrail, Baltikyanı ölkələr, Şərqi Avropa ölkələri, Çexiya, Polşa, Macarıstan və qonşu ölkələr daxildir: “Bu istiqamətdə səfirliklər vasitəsilə danışıqlar aparılır. Ölkələrin coğrafiyası tədricən genişlənəcək”.

Qeyd edək ki, qonşu ölkə iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər