14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Kim yenə yoxa çıxdı
Tarix: 14-05-2020 18:18 | Bölmə: Dünya
Kim yenə yoxa çıxdı

Kim Çen In yenidən yoxa çıxıb.

Reyting.az
“New York Post”-a istinadla xəbər verir ki, Şimali Koreya lideri son 12 gün ərzində ictimaiyyət qarşısında görünməyib və heç bir açıqlama verməyib.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen Kimin son dəfə gübrə fabrikindəki görüntüsünün də həqiqi olduğunu şübhəyə alıb. “Onların əsl fotolar olduğuna əmin ola bilmərik”.

Bundan əvvəl Kim Çen In aprelin 11-dən mayın əvvəllərinə qədər ictimaiyyətə görünməmişdi. O, babası və Şimali Koreyanın qurucusu Kim İr Senin 15 apreldə qeyd olunan doğum günündə iştirak etməyib. Kimin ölümü və ya mümkün xəstəliyi barədə söz-söhbətlərdən başqa, Şimali Koreya liderinin oxşarından istifadə etməsi barədə də şayiələr doğurub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}