İtaliyada daha 262 nəfər koronavirusdan ölüb
Tarix: 14-05-2020 21:08 | Bölmə: Dünya
İtaliyada daha 262 nəfər koronavirusdan ölüb

İtaliyada son sutka ərzində daha 992 nəfər koronavirus infeksiyasına yoluxub, bununla da virusa yoluxanların sayı 223 mini keçib.

Bu barədə ölkənin Mülki Müdafiə Departamenti açıqlama yayıb.

Məlumata görə, bu günədək ölkədə 223 096 nəfər infeksiyaya yoluxub.

Son bir gündə virusdan ölənlərin sayı da 262 nəfər artaraq ümumilikdə 31 368 nəfərə çatıb. Epidemiyanın başlanğıcından bəri 115 288 xəstə sağalıb/APA.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}