Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb
Tarix: 15-05-2020 11:30 | Bölmə: Dünya
Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb

Ermənistanda daha 184 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 4 044-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 52-yə çatıb. Yeni ölənlər 68 yaşlı qadın ilə 81 və 82 yaşlı kişilərdir. Onların hər üçündə xroniki xəstəliklər olub.

Bildirilib ki, ölkədə indiyədək 1 666 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 304 aktiv koronavirus xəstəsi var/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}