11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Sloveniya koronavirusa qalib gəldiyini bəyan edib
Tarix: 15-05-2020 14:31 | Bölmə: Dünya
Sloveniya koronavirusa qalib gəldiyini bəyan edib

Sloveniya hökuməti yeni növ koronavirus (COVID-19) pandemiyasının ölkədə rəsmi olaraq sona çatdığını elan edib.

BBC-nin verdiyi xəbərə görə, hökumət son iki həftə ərzində yoluxma halının azalmasından sonra bu qərarı verib.

Hökumətin açıqlamasına görə, yalnız Avropa İttifaqı ölkələrindən Sloveniyaya gələnlər karantinə alınmayacaq. Lakin bu qərar digər ölkələrin vətəndaşlarına şamil edilmir.

Bildirilib ki, Sloveniya vətəndaşları hələ də mümkün infeksiyanın yayılmasının qarşısını almaq üçün əsas qaydalara əməl etməlidirlər.

İnsanlardan qapalı ictimai məkanlarda tibbi maskalar taxmaq, ən azı 2 metr məsafədə dayanmaq və ictimai məkanlarda əllərini dezinfeksiya etmək tələb olunur.

Qeyd edək, 2 milyon nəfərin yaşadığı Sloveniyada bu günə qədər 1464 nəfər koronavirusa yoluxub, onlardan 103 nəfər vəfat edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}