Gürcüstan hökuməti tədris ili ilə bağlı qərar verdi
Tarix: 15-05-2020 14:43 | Bölmə: Dünya
Gürcüstan hökuməti tədris ili ilə bağlı qərar verdi

Gürcüstanda 2019-2020-ci dərs ili bərpa olunmayacaq.

Bu barədə ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, tədris prosesi distant formada aparılır.

Baş nazir qeyd edib ki, 12 illik təhsil müəssisələrində 12-ci sinid şagirdləri üçün dərs ili mayın 20-də, birinci siniflər üçün isə mayın 27-də başa çatacaq: “Digər şagirdlər dərs ilini iyunun 15-də başa vuracaq. Ali məktəblərə qəbul imtahanları isə adi rejimdə keçiriləcək və tarixlər iyunda elan ediləcək”/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər