Pakistanda maska taxmaq icbari oldu
Tarix: 15-05-2020 19:14 | Bölmə: Dünya
Pakistanda maska taxmaq icbari oldu

Pakistanda komendant saatı qaldırıldıqdan sonra insanların sosial məsafələrə riayət etməməsini tənqid edən Pakistanın səhiyyə naziri maska taxmanın məcburi olacağını bildirib.

Reyting.az
“Pakistan Times”-a istinadla xəbər verir ki, paytaxt İslamabadda koronavirusla bağlı vəziyyəti nəzərdən keçirmək üçün Baş nazir İmran Xanın başçılığı ilə Pakistan rəsmilərinin iclası keçirilib.

Pakistanın səhiyyə naziri Zəfər Mirzə bildirib ki, ölkənin müxtəlif bölgələrində məhdudiyyətlərin ləğvi koronavirusun insandan insana ötürülməsini dayandırmayıb və bu məsələdə istənilən səhlənkarlıq xəstəliyi idarə etməyi çətinləşdirəcək.

Nazir Pakistanın Amerika şirkəti “Giliad” ilə razılaşmaya uyğun olaraq, virusa qarşı dərman hazırlamaq səylərini xatırladaraq deyib: "Hələ ki epidemiya əleyhinə heç bir peyvənd tapılmayıb. Buna görə də, insanlar virusdan qorunmaq üçün mümkün qədər diqqətli olmalıdırlar”.

Səhiyyə naziri, hökumətin insanların evdə və ictimai yerlərdə, xüsusən ticarət mərkəzlərində vaxt keçirmələri üçün maskalardan istifadə etmələrinin məcburi olmasına dair yeni bir göstəriş veriləcəyini vurğulayıb. “İnsanlar evdən çıxmaq üçün maskalardan istifadə etməlidirlər”.

Pakistanda bu günə qədər virusdan 803 nəfər dünyasını dəyişib. Son 24 saat ərzində Pakistanın müxtəlif şəhərlərində 1430-dan çox yeni yoluxma halı aşkar edilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər