Rusiyada koronavirusa qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər
Tarix: 16-05-2020 13:53 | Bölmə: Dünya
Rusiyada koronavirusa qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər

“Rusiyada yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd avqustda qeydiyyatdan keçirilə bilər”.

Məlumata görə, bunu N. F. Hamaley adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Qintsburq deyib.

“Ümid edirəm ki, hər şey plan üzrə gedəcək. Heç bir gözlənilməzlik baş verməzsə, peyvənd avqust ayında qeydiyyatdan keçirilə bilər”, - deyə A. Qintsburq azərbaycanlı jurnalist Nailə Əsgərzadənin “Rossiya 1” telekanalında yayımlanan “Təhlükəli virus 5” filmində bildirib/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər