09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
ABŞ-da son gündə 25 minə yaxın insanda ölümcül virus aşkarlanıb
Tarix: 17-05-2020 16:36 | Bölmə: Dünya
ABŞ-da son gündə 25 minə yaxın insanda ölümcül virus aşkarlanıb

ABŞ-da son gün ərzində koronavirusdan 1,2 mindən çox insan ölüb.

Bu barədə yerli və federal hakimiyyət orqanları, KİV, habelə digər mənbələrlə hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.

Universitetin məlumatına görə, son sutkada Birləşmiş Ştatlarda koronavirusa 24 996 yoluxma qeydə alınıb.

Qeyd edilir ki, bu rəqəm ötən gün 25 050 təşkil edib.

Ötən gün ölkədə 1 224 nəfər pandemiyanın qurbanı olub. Universitetin məlumatına görə, ABŞ-da koronavirusa 1 467 884 nəfər yoluxub. Ölkədə 88 754 pandemiyanın qurbanı olub/Report.




Bölməyə aid digər xəbərlər