Hərbi müşavir: “Suriyadakı hərbi qüvvələrimizi azalmamışıq”
Tarix: 19-05-2020 20:37 | Bölmə: Dünya
Hərbi müşavir: “Suriyadakı hərbi qüvvələrimizi azalmamışıq”

Suriyada İran dəstəkli hərbi qüvvələrin sayında heç bir dəyişiklik yoxdur.

Reyting.az
“Noor News”-a istinadla xəbər verir ki, bunu iranlı hərbi müşavir deyib.

Müşavir bildirib ki, İsrail rəsmilərinin iddialarına baxmayaraq, İran Suriyada hərbi kontingentini azaltmayıb.

O, İranın Suriyadakı mövcudluğunu bu ölkənin qanuni hökumətinin terrorizmlə mübarizəyə kömək etmək üçün rəsmi müraciəti əsasında olduğunu deyib: "Suriya hökumətinin İranın köməyinə ehtiyacı olduğu müddətdə Suriyada qalacağıq".

Xatırladaq ki, bir müddət əvvəl İsrailin müdafiə Naftali Bennett Tehranın Suriyada hərbi kontingentini əhəmiyyətli dərəcədə azaltdığını bildirmişdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər