Ermənistanda koronavirusa yoluxanların sayı 5 271-ə yüksəlib
Tarix: 20-05-2020 11:07 | Bölmə: Dünya
Ermənistanda koronavirusa yoluxanların sayı 5 271-ə yüksəlib

Ermənistanda daha 230 nəfərdə koronavirus aşkarlanıb, 3 nəfər ölüb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 5 271-ə yüksəlib.

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 67-ə çatıb.

Ötən sutkada ölənlər 78, 65 və 68 yaşlı kişilərdir. Onların hər üçündə xronik xəstəliklər olub.

Bildirilib ki, indiyədək 2 419 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 2 758 aktiv koronavirus xəstəsi var/Report.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 08:58 Blinken Qalantla danışıb

{sape_links}{sape_article}